...

Asim Mollazadə ABŞ-da Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza ilə görüşüb

Siyasət Materials 11 Dekabr 2006 16:16 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının (DİP) sədri, millət vəkili Asim Mollazadə ABŞ səfəri çərçivəsində Amerika-Azərbaycan Ticarət Palatasının təşkil etdiyi tədbirdə iştirak edib. Bu barədə Trend ə DİP-dən məlumat verilib.

A.Mollazadə Hadson İnstitutunda "GUAM təşkilatının bölgənin sabitliyində, iqtisadi inkişafında və demokratik islahatlarda rolu" mövzusunda çıxış edib. Bu tədbirdə ABŞ-ın bir sıra araşdırma mərkəzlərinin təmsilçiləri, xarici səfirliklərin nümayəndələri iştirak ediblər. Asim Mollazadə Pentaqonda da bir sıra görüşlər keçirib. ABŞ Müdafiə Nazirliyinin Avrasiya İdarəsinin rəhbərləri və əməkdaşları ilə görüş zamanı bölgədə olan münaqişələrin həlli, ABŞ-Azərbaycan münasibətləri, GUAM, regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Demokratik İslahatlar Partiyasının sədri ABŞ dövlət katibinin müavininin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza ilə də görüşüb. Görüşdə regiondakı vəziyyət, təhlükəsizlik və Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə predmeti olub. Asim Mollazadə Milli Demokratiya İnstitutu və Beynəlxalq Respublikaçılar İnstitutunun mərkəzi ofislərində də mühüm görüşlər keçirib.

Asim Mollazadənin ABŞ səfəri davam edir. Qeyd edək ki, səfərdə əsas məqsəd Azərbaycan-ABŞ əlaqələrinin inkişafı, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məsələlərin, həmçinin, ABŞ-ın Azərbaycan üzrə müvafiq layihələrinin müzakirəsidir.

Xəbər lenti

Xəbər lenti