...

Azərbaycan XİN başçısı İsveçrənin Gürcüstandakı səfirliyinin Bakı ofisinin rəhbərini qəbul edib

Siyasət Materials 14 Dekabr 2006 19:34 (UTC +04:00)

2006-cı il dekabrın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İsveçrənin Gürcüstandakı Səfirliyinin Bakı ofisinin rəhbəri Alein Quidettini (Alain Guidetti) qəbul edib. Bu barədə Trend Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən A.Quidetti Azərbaycana etdiyi səfərdən məmnun olduğunu ifadə edib, İsveç tərəfinin Azərbaycanla ikitərəfli münasibətlərin genişləndirilməsində maraqlı olduğunu bildirib və bunun üçün əlindən gələni əsirgəməyəcəyini bildirib. O, Azərbaycanda sosial-iqtisadi sahələrdə uğurla aparılan islahatlara toxunaraq, ölkə iqtisadiyyatının yüksək göstəricilərlə inkişaf etdiyini söyləmişdir.

Nazir E.Məmmədyarov Azərbaycanla İsveçrə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olduğunu qeyd edərək, bu əlaqələrin, xüsusi ilə iqtisadi sahədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. O, regionda irimiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi, həmçinin ölkə rəhbərliyi tərəfindən neft və qaz sektoru ilə yanaşı, qeyri-neft sektoru, xüsusən də kənd təsərrüfatı sahəsinin inkişafı üçün xüsusi diqqət yetirilməsi sayəsində Azərbaycanda iqtisadiyyatının sürətlə inkişaf etdiyini bildirib.

E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq, Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar və işğalçı siyasəti, etnik təmizləmə praktikası və münaqişənin Ermənistan tərəfinin qeyri-konstruktiv mövqeyi nəticəsində indiyədək həll edilməməsinin ümumilikdə regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi maneə olduğunu bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti