...

Aydın Mirzəzadə: "Azərbaycan Respublikasının hərbi doktrinası"nın hazırlanması istiqamətində iş davam etdirilir"

Siyasət Materials 20 Dekabr 2006 17:52 (UTC +04:00)

"Azərbaycan Respublikasının hərbi doktrinası"nın hazırlanması istiqamətində iş davam etdirilir. Trend in məlumatına görə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü, hakim Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə jurnalistlərlə söhbəti zamanı belə deyib.

Onun sözlərinə görə, bu sənədin qəbul olunmasında heç bir problem yoxdur. "Hərbi doktirinaya aid olan məsələlər hazırda qüvvədə olan qanunlarla, prezident İlham Əliyevin tərəfindən imzalanan fərman və sərəncamlarla, ən əsası isə həyata keçirilən fəaliyyətlə tənzimlənir. Belə bir sənədin qəbul olunmasının vacibliyinə dair fikirlər səsləndirilir. Ona görə də bu sənəd üzərində iş gedir və müvafiq dövrdə Milli Məclisə təqdim olunacaq" - deyə Aydın Mirzəzadə bildirib.

Xatırladaq ki, bütün ölkələrin hərbi doktirinasında dost və düşmən ölkələrin adları qeyd olunur.

"Azərbaycan Respublikasının hərbi doktirinası"nda bu məsələnin necə əks olunacağına dair sualı cavablandıran A.Mirzəzadə vurğulayıb ki, "hansı ölkə Azərbaycanla dost olmaq istəyirsə və bunun üçün addımlar atırsa, biz də həmin ölkəni dost adlandıracağıq. Amma o da məlumdur ki, bu gün Azərbaycana düşmən olan bir ölkə var. Bu da torpaqlarımızı işğal etmiş Ermənistandır."

Xəbər lenti

Xəbər lenti