...

Şirkətin MDB üzrə başçısı: Microsoft qabaqcıl IT texnologiyalarının tətbiqi üzrə Azərbaycan hökümətinin səylərini yüksək qiymətləndirir

Siyasət Materials 22 Dekabr 2006 11:06 (UTC +04:00)
Şirkətin MDB üzrə başçısı: Microsoft qabaqcıl IT texnologiyalarının tətbiqi üzrə Azərbaycan hökümətinin səylərini yüksək qiymətləndirir

Dünən Microsoft korporasiyası Azərbaycanda ilk dəfə "İnnovasiya günü" (Microsoft Innovation Day) adlı konfrans keçirib.

Trend xəbər verir ki, görüşdə dövlətin və cəmiyyətin inkişafında, ölkə iqtisadiyyatının dinamik artımının və onun vətəndaşlarının rifahının təmin olunmasında müasir innovasiya və informasiya texnologiyalarının rolu müzakirə olunub.

Görüşdə dövlət idarələrinin, özəl müəssisə və təşkilatların, elmi-tədqiqat müəssisələrinin 100-dən çox nümayəndələri iştirak edib.

Forumun açılışında çıxış edən Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib ki, Microsoft nümayəndəliyi Bakıda bu yaxınlarda açılıb, lakin artıq sıx əməkdaşlıq yaratmaq, informasiya texnologiyaları sahəsində milli kompüter layihəsi kimi mühüm layihələrin reallaşdırılmasına başlamağa nail olunub.

"IT sahəsində görülmüş bütün işləri nəzərə alaraq, demək olar ki, Azərbaycan bölgənin lideri olur", - deyə nazir qeyd edib.

Azərbaycan prezidentinin İcra aparatının informasiya texnologiyaları və ehtiyatları şöbəsinin müdiri Elmir Vəlizadə qısa şəkildə Azərbaycanın İKT sahəsinin nailiyyətlərindən danışıb.

Microsoft şirkətinin Rusiya və MDB ölkələrindəki prezidenti Olqa Derqunova qabaqcıl informasiya texnologiyalarının tətbiqi üçün daha əlverişli şəraitin yaradılması üzrə Azərbaycan hökümətinin səylərini yüksək qiymətləndirib.

O, bu gün ölkədə korporasiya ilə birgə həyata keçirilən layihələr barədə ətraflı şəkildə danışıb. O, Microsoft məhsullarının Rusiya və MDB-də uğurla tətbiq edilməsinə bir sıra nümunələr gətirib, idarəetmə prosedurlarının və istehsalat proseslərinin optimallaşdırılması üçün innovasiya qərarlarından istifadə etmənin üstün olması məsələsinə toxunub.

"İnnovasiya günü"nün ikinci hissəsi yeni formatda - diskusiya klubu formatında keçib. Klubun ekspertləri qismində E.Vəlizadə, O.Derqunova, İKT sahəsində tanınmış pedaqoq Ramin Mahmudzadə və R.I.S.K. şirkətinin baş direktoru Cabir Cümşüdov təqdim olunub.

Müzakirələrin moderatoru Azərbaycan Rabitə Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov olub.

Konfrans çərçivəsində Microsoft -un Azərbaycanda tərəfdaş -şirkətləri Azel, R.I.S.K., Sinam, Ultra korporasiyanın məhsullarına əsaslanmış və son vaxtlar ölkənin müəssisə və idarələrində tətbiq olunmuş bir sıra qərarlar təqdim ediblər.

Xəbər lenti

Xəbər lenti