...

BQP sədri Fazil Qəzənfəroğlu: "Partiya rəhbərliyinin formalaşdırılması prosesi başa çatmayıb"

Siyasət Materials 25 Dekabr 2006 13:47 (UTC +04:00)

Böyük Quruluş Partiyası (BQP) rəhbərliyinin formalaşdırılması prosesi hələlik başa çatmayıb. Bu sözləri Trend ə açıqlamasında müxalifətyönlü Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Qəzənfəroğlu deyib.

F.Qəzənfəroğlu bildirib ki, bir müddət əvvəl özünün iki müavinini təyin edib. Ancaq bu, son demək deyil.

"Siyasi Qurulun formalaşdırılması prosesi başa çatmayıb. Burada bir neçə yer hələ boşdur" - deyə partiya sədri qeyd edib.

F.Qəzənfəroğlunun sözlərinə görə, bu məsələ partiyanın Ali Məclisinin iclasında müzakirə olunacaq. "Ali Məclisin iclası 2007-ci ilin yanvarında keçiriləcək" - deyə Fazil Qəzənfəroğlu ələvə edib.

Qeyd edək ki, müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri millət vəkili Fazil Qəzənfəroğludur.

Xəbər lenti

Xəbər lenti