...

Teleradio Şurasının sədri: "Xarici kanallarının yayımının dayandırılması ilə bağlı mövqeyimizi Rusiya səfirinin diqqətinə çatdırdıq"

Siyasət Materials 27 Dekabr 2006 13:35 (UTC +04:00)
Teleradio Şurasının sədri: "Xarici kanallarının yayımının dayandırılması ilə bağlı mövqeyimizi Rusiya səfirinin diqqətinə çatdırdıq"

Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli ilə görüş keçirib. Bu barədə Trend ə Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli məlumat verib.

Görüşdə Azərbaycanda Rusiya telekanallarının yayımının dayandırılması və yalnız kabel və ya peyk vasitəsilə yayımına icazə verilməsi barədə Teleradio Şurasının qaldırdığı məsələ müzakirə olunub: "Bizim fikrimiz belə oldu ki, bu məsələlər sivil yolla həllini tapmalıdır. Səfir xarici kanalların Azərbaycanda yerli tezliklərdə yayımının dayandırılması ilə bağlı mövcud vəziyyətkə tanış olmaq istəyirdi və biz mövqeyimizi onun diqqətinə çatdırdıq. Rusiya ilə Azərbaycan arasında əməkdaşlığıq münasibətlərinin təməli dövvət başçıları tərəfindən qoyulub. Biz istəmirik ki, hər hansı bir addımımızla ölkələrarası münasibətlərə xələl gətirilsin. Rusiya tərəfi də başa düşür ki, bütün dünyada belədir və onların telekanalları sonsuzadək yerli tezliklərdə yayımlanmayacaq"-deyə N.Məhərrəmli qeyd edib.

N.Məhərrəmlinin sözlərinə görə, Rusiya səfiri bildirib ki, 1995-ci ildə bağlanmış müqavilələrə əsasən, belə qərarlarla bağlı qabaqcadan xəbər verilməlidir: "Mən də qeyd etdim ki, biz bunu başa düşürük və məsələ Teleradio Şurasının iclasında müzakirə ediləcək".

N.Məhərrəmli onu da deyib ki, TRT istisna olmaqla Türkiyənin digər iki kanalı ilə hər hansı müqavilə yoxdur. TRT kanalının nümayəndəsi ilə bu gün görüş keçirəcəyini deyən Şura sədri bildirib ki, mövcud vəziyyəti diqqətə çatdıracaq: "Bizim digər kanallarla hər hansı əməkdaşlığımız olmayıb ki, biz onları məlumatlandıraq. İndiyədək heç bir xarici telekanaldan Teleradio Şurasına müraciət daxil omayıb. Yayımın dayandırılması ilə bağlı əvvəlcə bizə müraciət etsinlər, sonra müvafiq şəkildə cavab verəcəyik".

Xəbər lenti

Xəbər lenti