...

TQDK sədri Naxçıvanda ötən ilin nəticələrini müzakirə edib

Siyasət Materials 12 Yanvar 2007 12:40 (UTC +04:00)

TQDK sədri Məleykə Abbaszadə Naxçıvanda yerli təhsil strukturlarının nümayəndələri ilə ötən ilin nəticələrini müzakirə edib. Trend in Naxçıvan Bürosu xəbər verir ki, bu, "Azərbaycan Respublikasında ali və orta ixtisas məktəblərinə tələbə qəbulu: nəticələr, nailiyyətlər, vəzifələr" mövzusunda təşkil olunmuş konfrans çərçivəsində baş tutub.

Naxçıvan Şəhər İcra Hakimiyytinin konfrans zalında keçirilən tədbirdə Naxçıvan MR təhsil naziri Piri Nağıyev də iştirak edib. Regionun bütün təhsil strukturlarının nümayəndələrinin qatıldığı konfransda ötən ilin nəticələri rəqəm və faktlarla təhlil edilib, videogörüntülər vasitəsilə müqayisələr aparılıb. Tədbirdə çıxış edənlər əldə olunan nəticələrlə yanaşı qarşıda duran vəzifələri də müzakirə edib.

Qeyd edək ki, TQDK-nın iştirakı ilə bu istiqamətdə tədbirlər ötən müddət ərzində Sumqayıt və Gəncədə keçirilib. Sonuncu belə tədbir dünən Lənkəranda baş tutub. Növbəti mərhələdə TQDK nümayəndələrinin iştirakı ilə Şəkidə bu istiqamətdə təhsil işçiləri görüşlər keçirəcək.

Xəbər lenti

Xəbər lenti