İran İslam Respublikasının nəqliyyat naziri Məhəmməd Rəhməti fevral ayında Azərbaycana səfər edəcək. Bu barədə Azərbaycanın İrandakı səfiri Abbasəli Həsənov Trend ə eksklüziv olaraq məlumat verib.
O qeyd edib ki, səfərin məqsədi - Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin inkişafıdır. İran naziri Nəqliyyat Nazirliyində və Azərbaycanın digər yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirməyi planlaşdırır.
O vurğulayıb ki, hazırda İranın nəqliyyat nazirinin Azərbaycana gəlmə tarixinin dəqiqləşdirilməsi üzərində işlər gedir.