...

AYSH sədri İlqar Qasımovun üzərində nöbəti dəfə cərrahiyə əməliyyatı keçiriləcək

Siyasət Materials 17 Yanvar 2007 13:11 (UTC +04:00)

Moldovada avtomobil qəzasına düşən Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) sədri İlqar Qasımovun üzərində yanvarın 17-də Moskvada nöbəti dəfə cərrahiyə əməliyyyatı keçiriləcək. Bu barədə Trend ə AYSH sədrinin müavini Taleh Əliyev məlumat verib.

Onun sözlərinə görə, hazırda İ.Qasımovun səhhəti normaldır. Baş verən qəza ilə bağlı araşdırmanı isə Moldova hüquq-mühafizə orqanları aparırlar.

Xatırladaq ki, İ.Qasımov ötən il dekabrın 28-də Moldova vaxtıyla saat 14:00 radələrində Kişiniyov şəhərindən Ukraynanın paytaxtı Kiyev şəhərinə gedərkən Moldava-Ukrayna magistiralının 50-ci kilometrliyində, Dubassarı şəhərinin ərazisində avtomobil qəzasına uğrayıb. Hadisə İ.Qasımovun Kişiniyovda keçirdiyi mətbuat konfransından bir neçə saat sonar baş verib. O, GUAM üzvü ölkələrində fəaliyyət göstərən bir neçə siyasi təşkilatın yaratdığı Koordinasiya Şurasının sədri kimi qurumun Kiyevdə təmsil olunan nümayəndələri ilə görüşə gedirmiş.

İ.Qasımov yanvarın 10-da Moldovanın Dubassarı şəhər xəstəxanasından Moskva şəhərindəki xəstəxanalardan birinə köçürülüb.

Qeyd edək ki, İ.Qasımov Rusiya Federasiyasının ədliyyə general-leytenantıdır. O, həm də GUAM ölkələri siyasi partiyaların Koordinasiya Şurasının sədridir.

Xəbər lenti

Xəbər lenti