...

Türkiyədə 20 yanvar faciəsinin ildönümü qeyd ediləcək

Siyasət Materials 18 Yanvar 2007 15:48 (UTC +04:00)

Yanvarın 20-də yerli vaxtla saat 10:00-da Türkiyənin TRT 1 telekanalı ilə efirə gedəcək "Qırmızı xətt" verlişi 20 yanvar faciəsinə həsr olunacaq. Bu barədə Trend ə Azərbaycanın Ankaradakı səfirliyinin mətbuat katibi Gültəkin Həbibli bildirib.

O qeyd edib ki, səfirliyin təşəbbüsü ilə 20 yanvar hadisələri ilə bağlı diskusiyalarda iştirak üçün türk siyasətçiləri də dəvət olunub. Proqram zamanı həmin hadisələri əks etdirən videolentlər nümayiş olunacaq.

Mətbuat katibi həmçinin bildirib ki, faicənin ildönümü münasibətilə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov Türkiyənin "Todays Zaman" qəzetinə geniş müshibə verib. Bundan başqa, yanvarın 20-də Azərbaycanın Türkiyədəki səifrliyində Türkiyə ziyalıları və Azərbaycanın Türkiyədəki diaspor nümaynədələrinin, habelə tələbə və səfirlik nümayəndələrinin iştirakı ilə tədbir keçiriləcək.

Xəbər lenti

Xəbər lenti