...

Gəncənin "Nəhəng Daş" yarmarkası bir aya tam hazır olacaq

Siyasət Materials 18 Yanvar 2007 18:42 (UTC +04:00)

Gəncənin Yeni Gəncə qəsəbəsində istifadəyə veriləcəyi gözlənilən "Nəhəng Daş" yarmarkası bir aya tam hazır olacaq. Bu barədə Trendə məlumat verən yarmarkanın rəhbəri Əli İsmayılovun sözlərinə görə, yeni yarmarkanın satış yerlərindən 800-ü hazırdır və onlardan 50-si artıq istifadəyə verilib.

Müsahib bildirib ki, 6 hektarlıq ərazisi olan bu yeni ticərət mərkəzində ümumilikdə 1800 satış yeri olacaq. Burada son iki ayda kanalizasiya sistemi qurulub və artezian quyusu qazılıb.

Əli İsmyılov "Nəhəng Daş" bazarında təmir tikinti işləri başa çatdıqdan sonra burada çalışan satıcalardan 3 ay ərzində şeç bir haqq alınmayacağını bildirdi:

"Üç aydan sonra əvvəlki qaydada hər satış yerindən icarə haqqı toplanacaq. Hələlik isə bunun məbləğini müəyyən etməmişik".

Xatırladaq ki, ötən ilin noyabr ayından etibarən 1700-dən çox satıcının alver etdiyi "İnam" Ticarət Mərkəzi dağıdılaraq, Yeni Gəncə qəsəbəsində yerləşən sözügedən yeni yarmarkaya köçürülməsinə başlanılıb.

Xəbər lenti

Xəbər lenti