...

Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Səudiyyə Ərəbistanının təhsil nazirini qəbul edib

Siyasət Materials 18 Yanvar 2007 20:09 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Səudiyyə Ərəbistanının təhsil nazirini qəbul edib

Yanvarın 18-də Qafqaz Müsəlmanları Ruhani İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının təhsil naziri Xalid Əl-Anqarini qəbul edib. Bu barədə Trend xəbər verir.

A.Paşazadə bildirib ki, Səudiyyə Ərəbistanı beynəlxalq səviyyədə həmişə Azərbaycanın haqq işini müdafiə edib, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın yanında olub. O bildirib ki, Azərbaycanda dini tolerantlıq mövcuddur: "Azərbaycanda dinindən asılı olmayaraq bütün millətlər bir yerdə mehriban şəraitdə yaşayırlar. Biz bunu özümüzün böyük milli nemətimiz hesab edirik və qoruyub saxlayacağıq" - deyə A.Paşazadə bildirib.

Sonra şeyx Səudiyyə Ərəbistanının təhsil nazirinə zəfəran və suvenir təqdim edərək deyib ki, zəfəran cənnət nemətlərindən biri hesab edilir. Qonaq isə Azərbaycana səfərindən məmnun olduğunu bildirib. O da öz növbəsində A.Paşazadəyə Kəbə örtüyündən bir parça hədiyyə edərək deyib ki, hər il Həcc ziyarətindən sonra bu örtükdən kəsir və bu, ən hörmətli şəxslərə hədiyyə edilir.

Xəbər lenti

Xəbər lenti