...

Naxçıvanda 20 yanvar şəhidlərinin xatirəsi anılır

Siyasət Materials 20 Yanvar 2007 11:05 (UTC +04:00)

Naxçıvanda 20 yanvar şəhidlərinin xatirəsi kütləvi şəkildə anılır. Trend in Naxçıvan Bürosunun məlumatına görə, səhər saatlarından başlayaraq nazirlik, idarə və təşkilatların kollektivləri, o cümlədən şəhər ictimayyəti Şəhidlər Xiyabanını ziyarət edir.

Qeyd edək ki, yanvarın 15-dən başlayaraq şəhidlərin xatirəsinə həsr olunmuş tədbirlər davam etməkdədir. Naxçıvan MR Gənclər və İdman Nazirliyindən artıq bu istiqamətdə bir neçə tədbirin baş tutduğu bildirilib. Belə ki, adıçəkilən nazirlik tərəfindən şer və rəsm müsabiqləri keçirilib, idman müəssisələrində yarışlar təşkil edilib.

Dunən isə Naxçıvan MR Estetik Tərbiyə Mərkəzində, Rəssamlar birliyinin Bəhruz Kəngərli adına Sərgi salonunda Naxçıvan Qarnizonunun Zabitlər Evində 20 yanvar gününə həsr edilmiş tədbirlər keçirilib.

Bu istiqamətdə tədbirlər növbəti günlərdə də Naxçıvan MR-in bütün bölgələrini əhatə etməklə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti