...

Gəncədə bağlanan "İnam" Ticarət Mərkəzinin yerində yeni park salınır

Siyasət Materials 23 Yanvar 2007 17:57 (UTC +04:00)

Gəncədə bağlanan "İnam" Ticarət Mərkəzinin yerində yeni park salınır. Bu barədə məlumatı Trendə Gəncə Çoxsahəli Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Abid Əliyev verib.

Müsahib bildirib ki, parksalma işlərinə artıq başlanılıb. Hazırda ərazinin təmizləməsi işləri aparılır. "Ticarət mərkəzindən qalan köhnə köşklər sökülərək ərazindən daşınır. Bu yaxınlarda ərazi tanınmaz dərəcədə gözəlləşəcək. Bura yeni ağaclar əkiləcək, yaşıllıqlar salınacaq. Sakinlərin dincəlməsi üçün oturacaqlar qoyulacaq".

A. Əliyev qeyd edib ki, yaxın vaxtlarda Reqionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gəncə çayı sahilində salınacaq bu parkın şəraiti daha da yaxşılaşdrılacaq və şəhər sakinlərinin ən sevimli istirahət yerinə çevriləcək.

Xəbər lenti

Xəbər lenti