...

Prezidentin İcra aparatının şöbə müdiri: Azərbaycan yeni regional layihələrin təşəbbüsçüsü olmaq niyyətindədir

Siyasət Materials 23 Yanvar 2007 18:10 (UTC +04:00)

Gələcəkdə Azərbaycan yeni regional layihələrin təşəbbüsçüsü olmaq niyyətindədir. Bu barədə Azərbaycan prezidenti İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Bakıda keçirilən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi haqqında "çərçivə" sazişinin tərtibatı üzrə Azərbaycan-Gürcüstan danışıqlarını şərh edərkən Trend ə eksklüziv olaraq məlumat verib.

O qeyd edib ki, Azərbaycan öz müstəqilliyi dövründə Cənubi Qafqazda çox böyük layihələr həyata keçirib. Bu layihələr yalnız Azərbaycan üçün deyil, həm də bölgə və Avrasiya üçün mühümdür: "Düşünürəm ki, Azərbaycan bu missiyanı prezident İlham Əliyevlə də uğurla davam etdirir. Ötən il Bakı-Tbilisi-Ceyhan layihəsi həyata keçirilib. Bu il Bakı-Tbilisi-Ərzurum qaz kəməri reallaşdırılır. Eləcə də bu il Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması üçün hər şey edilir. Bu məsələ ilə bağlı problem yoxdur və Azərbaycan öz ehtiyatları hesabına bəzi böyük layihələri həll edə bilər", - deyə N.Məmmədov bəyan edib.

Xəbər lenti

Xəbər lenti