...

Fransız həmsədr: Dağlıq Qarabağ üzrə danışıqlar prosesi konstruktiv və əsaslı surətdə davam edir

Siyasət Materials 24 Yanvar 2007 18:00 (UTC +04:00)
Fransız həmsədr: Dağlıq Qarabağ üzrə danışıqlar prosesi konstruktiv və əsaslı surətdə davam edir

Dağlıq Qarabağ üzrə danışıqlar prosesi konstruktiv və əsaslı surətdə davam edir. Biz qeyd etməyə şadıq ki, hər iki tərəf bizim səylərimizə çox konstruktiv yanaşıblar. Trend in verdiyi xəbərə görə, bu barədə yanvarın 24-də jurnalistlərə ATƏT-in Minsk qruppunun fransalı həmsədri Bernard Fasye aeroportda Bakıdan gedərkən məlumat verib.

Onun sözlərinə görə, son il yarım ərzində o, öz həmkarları ilə birgə sülh prosesi çərçivəsində müxtəlif təkliflər üzərində işləyir. "Bizim işimiz çox uzun proses olan sülh divarları tikməkdir. Hər kərpiclə biz irəliləyişi möhkəmləndiriirik. Biz sülh divarlarının yenidən qurulması işini davam etdirəcəyik"-deyə B. Fasye qeyd edib.

Sülh danışıqları layihəsi üzərində iş aparılırmı - sualına cavab verərək diplomat bunu təsdiq edib, lakin əlavə edib ki, hər şey əldə olunan irəliləyişlərin davamı və möhkəmləndlirilməsindən asılıdır.

"Biz sılh sazişi imzalayan tərəflər deyilik. Hər şey sizin rəhbərlərinizin siyasi iradəsindən asılıdır. Biz yalnız onlara kömək etməyə çalışırıq, lakin son söz onlarındır"-deyə B. Fasye söyləyib.

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Metyu Brayza buna əlavə olaraq deyib ki, 2007-ci ildə sülh sazişinin imzalanması mümkündür, lakin bir neçə problem həll olunmalıdır.

Xəbər lenti

Xəbər lenti