...

"Azadlıq" blokunun həmsədri: "Şəhərin mərkəzi yerlərindən birində daha az iştirakçı ilə piket keçirəcəyik"

Siyasət Materials 24 Yanvar 2007 18:26 (UTC +04:00)

"Bakı Şəhər İcra Hakimiyyətinin razılıq verməməsinə baxmayaraq, şəhərin mərkəzi meydanlarından birində daha az iştirakçı ilə piket keçirəcəyik". Bu fikirləri Trend ə açıqlamasında "Azadlıq" blokunun həmsədri Sərdar Cəlaloğlu bildirib.

Bakı Şəhər İcra Hakimiyyəti "Azadlıq" blokunun yanvarın 26-da paytaxtın mərkəzindəki meydanlarda mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib. S.Cəlaloğlu qeyd edib ki, əvvəldən də bəyan olunduğu kimi, şəhərin bir yerində blokun öz üzvlərinin iştirakı ilə piket keçirilməsinə cəhd göstəriləcək. S.Cəlaloğlu həmçinin deyib ki, "Azadlıq" blokuna daxil olan partiyaların üzvləri Müsavat Partiyasının yanvarın 28-də Ukrayna meydanında keçirəcəyi icazəli mitinqə qatıla bilərlər: "Biz öz üzvlərimizə çağırış edəcəyik ki, sosail tələblərlə təşkil olunan bütün aksiyalarda, o cümlədən Müsavat Partiyasının mitinqində iştirak etsinlər"-deyə C.Cəlaloğlu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti