...

Milli Məclisin sədri Oqtay Əsədov yunanıstanlı deputatları qəbul edib

Siyasət Materials 24 Yanvar 2007 20:27 (UTC +04:00)

Yanvarın 24-də Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Harakopoulos Maxsimosun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Milli Məclisin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, görüşdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, iki ölkə arasında iqtisadi əməkdaşlığın hazırkı durumu və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

O.Əsədov Azərbaycanın sürətlə inkişaf etdiyini bildirərək, ölkəmizin qarşısında duran əsas məsələlər haqqında danışıb.

Xəbər lenti

Xəbər lenti