...

Fevralın 1-dən Azərbaycanın bütün polis idarə və şöbələrində vətəndaşlara məhkumluqla bağlı arayışların verilməsinə başlanılacaq

Siyasət Materials 26 Yanvar 2007 16:57 (UTC +04:00)

Fevralın 1-dən Azərbaycanın bütün polis idarələrində və şöbələrində vətəndaşlara məhkumluğun olması (yaxud olmaması) barədə arayışların verilməsinə başlanılacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxslərə məhkumluğun olması (olmaması) barədə arayışların verilməsində daha əlverişli və rahat şərait yaradılması üçün daxili işlər nazirinin əmri ilə şəxslərin qəbulu və həmin arayışların verilməsi respublikanın bütün şəhər, rayon polis idarə və şöbələrində həyata keçiriləcək.

Belə arayışın alınması üçün Azərbaycan Respublikası vətəndaşı, ölkədə yaşayan əcnəbi və vətəndaşlığı olmayan hər bir adam şəxsən, özünün iştirakı mümkün olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada verilmiş etibarnamə ilə müvəkkil etdiyi şəxs, yetkinlik yaşına çatmayan, qəyyumluq və himayədarlıq təyin olunmuş şəxsin əvəzinə isə onun valideyni və ya digər qanuni nümayəndəsi şəxsiyyətini təsdiq edən sənəd təqdim etməklə yaşayış yeri üzrə ərazi polis idarə və ya şöbəsinə ərizə ilə müraciət etməlidir.

Ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları və əvvəllər respublikada yaşamış əcnəbilər, vətəndaşlığı olmayan şəxslər göstərilən məsələ üzrə eyni məzmunlu ərizə ilə Azərbaycan Respublikasının xarici ölkələrdəki Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə, belə nümayəndəlik olmadıqda bilavasitə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, habelə MDB-yə üzv olan dövlətlərdə məskunlaşmış olduqları halda həmin ölkələrin ərazi miqrasiya və ya pasport-viza xidmətlərinə müraciət edə bilərlər.

14 yaşına çatmamış şəxs haqqında məhkumluğun olması (olmaması) barədə arayış verilmir.

Xəbər lenti

Xəbər lenti