...

YAP icra katibinin müavini: "Seçki Məcəlləsində dəyişiklik etməyə ehtiyac yoxdur"

Siyasət Materials 31 Yanvar 2007 14:53 (UTC +04:00)

"Seçki Məcəlləsində hər hansı dəyişiklik etməyə ehtiyac yoxdur." Bu sözləri Trend ə açıqlamasında hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib.

O vurğulayıb ki, Azərbaycanın Seçki Məcəlləsi təkmil bir qanundur.

"Hazırkı qanunla istənilən səviyyədə seçki keçirmək mümkündür. Bu qanun əsasında bir neçə seçki keçirilib və onlar beynəlxalq normalara tam uyğun olub", -deyə Mübariz Qurbanlı qeyd edib.

Qeyd edək ki, Azərbaycan hökuməti ilə Avropa Şurası Venesiya Komissiyası arasında Seçki Məcəlləsinin təkmilləşdirilməsinə dair danışıqlar davam edir.

Bununla bağlı növbəti danışıqlar 2007-ci ilin martında Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti