...

YAP funksioneri M.Qurbanlı: "ADP-nin "Azadlıq" blokunda təmsil olunması hakim partiya ilə dialoqa getməsinə ziddir"

Siyasət Materials 1 Fevral 2007 17:05 (UTC +04:00)

"Müsavatın son mitinqinin gözlənilən effekt verməməsi onunla əlaqədardır ki, cəmiyyət müxalifətin irəli sürdüyü tezisləri qəbul etmir. Müxalifət partiyalarının rəhbərliyində təmsil olunan insanlara xalqın inamı və marağı yoxdur". Trend in məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Müsavat Partiyasının 28 yanvarda keçirdiyi yürüş-mitinqinə münasibətini bildirərkən söyləyib.

O, qeyd edib ki, prezident İlham Əliyevin həyata keçirdiyi siyasət xalq tərəfindən müdafiə olunur. Müxalifətin isə etiraz aksiyalarının kütləvi olacağına inam çox azdır. Çünki M.Qurbanlının fikrincə, xalq onları dəstəkləmir. M.Qurbanlı müxalifətçi Azərbaycan Demokrat Partiyasının (ADP) öz siyasi kursunu dəyişərək hakimiyyətlə dialoqa getməyə qərar verməsinə də münasibətini bildirib. O, YAP-ın icra katibi Əli Əhmədovun son açıqlamasını dəstəkləyərək, ADP-nin "Azadlıq" blokunda təmsil olunmasının hakim partiya ilə dialoqa getməsinin ziddiyyət təşkil etdiyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti