...

ATƏT PA sədri: ATƏT Minsk qrupunun Qarabağ problemi üzrə formatı dəyişdirilməməlidir

Siyasət Materials 5 Fevral 2007 16:30 (UTC +04:00)
ATƏT PA sədri: ATƏT Minsk qrupunun Qarabağ problemi üzrə formatı dəyişdirilməməlidir

ATƏT Minsk qrupunun Qarabağ problemi üzrə formatı dəyişdirilməməlidir. Bu barədə Yerevanda jurnalistlərə ATƏT Parlament Assambleyasının sədri Qoran Lenmarker bazar ertəsi məlumat verib.

"Danışıqlar prosesi ATƏT Minsk qrupu çərçivəsində keçirilir və bu format dəyişdirilməməlidir, belə ki, dəyişikliklər münaqişənin həlli prosesini ləngidə bilər", - deyə o əlavə edib.

Lenmarker münaqişə zonasında gərginliyin artmasının müşahidə olunması ilə bağlı bəyanatlarla razılaşmayıb. Bu barədə Trend www.arka.am saytına istinadən xəbər verir.

Lakin o qeyd edib ki, hər il atəşkəs xəttində insanlar həlak olur, eləcə də Ermənistan və Azərbaycan qaçqınları əziyyət çəkir.

"Ona görə də sazişin olması son dərəcə zəruridir. Ermənistan, Azərbaycan və Gürcüstanın dinc şəkildə yaşaya bilmələri çox vacibdir, bu, bölgənin çiçəklənməsinin təminatçısı olacaq", - deyə Lenmarker vurğulayıb.

Xəbər lenti

Xəbər lenti