...

Kənd təsərrüfatı naziri: FAO-nun Azərbaycanda taxıl böhranı ilə bağlı proqnozları əsaslandırılmayıb

Siyasət Materials 13 Fevral 2007 18:45 (UTC +04:00)
Kənd təsərrüfatı naziri: FAO-nun Azərbaycanda taxıl böhranı ilə bağlı proqnozları əsaslandırılmayıb

Dünya Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycanda mümkün olan taxıl böhranı ilə bağlı proqnozları əsaslandırılmayıb. Trend ə əsasən, bu barədə bu gün Azərbaycanın kənd təsərrüfatı naziri İsmət Abbasov məlumat verib.

Onun sözlərinə görə, ölkədə 2006-cı ildə taxıl məhsullarının istehsalı 2 milyon tonu keçib. Bu gün taxıl məhsullarına olan tələbat 1,6 milyon ton təşkil edir.

"Əminliklə demək olar ki, Azərbaycanda taxıl defisiti yoxdur və olmaycaq", deyə İ. Abbasov bildirib.

FAO-nun 2007-ci il proqnozuna əsasən, 2007-ci ildə taxıl məhsulu yaxşı olacaq, lakin pis hava şəraiti bir sıra ölkələri ərzaq böhranı ilə üz-üzə qoyacaq.

FAO ekspertləri qeyd edir ki, 2007-ci ildə təxminən 34 ölkə ərzaq böhranı ilə üzləşəcək. Bu siyahıya quraqlıq səbəbindən Azərbaycan da əlavə olunub.

Xəbər lenti

Xəbər lenti