...

ATƏT Bakıda hərbi-mülki münasibətlərin standartlarını müzakirə edib

Siyasət Materials 15 Fevral 2007 13:03 (UTC +04:00)

Vətəndaş cəmiyyəti arasında qarşılıqlı münasibətlər və silahlı qüvvələrin rifahı ATƏT-in Bakıda keçirilən ikigünlük görüşündə müzakirə mövzusu olub.

Trend xəbər verir ki, dövlətin vəzifəli şəxsləri, hərbi şəxslər və parlamentarilər hərbi kontekstdə insan hüquqlarını, müasir hərbi qüvvələrdə rifahın rolunu, eləcə də təhlükəsizliyə səmərəli nəzarət üçün mülki assosiasiyaların quruluşunu müzakirə ediblər. Görüş zamanı Böyük Britaniya, Niderland, Almaniya, Belçika və Kanadadan olan ekspertlər öz təcrübələri ilə bölüşüblər.

"Bütün ölkələrə uyğun gələn vahid qərar mövcud deyil, lakin bu görüş Azərbaycanın demokratik nəzarətə nail olmağa çalışmasının əyani nümunəsidir və bu məqsədlərə çatmaq üçün bizdən asılı olan hər şeyi etməyə hazırıq", - deyə ATƏT-in Bakı ofisinin başçısının vəzifəsini icra edən Robert Sivord bildirib.

Azərbaycanın müdafiə nazirinin müavini Çingiz Məmmədov hərbi-mülki münasibətlərin demokratik prinsip və standartlarının zəruri olduğunu bildirib. "Biz Azərbaycanın silahlı qüvvələrində demokratik nəzarət prinsipləri üçün baza olan ümumi məqsədlərə ilk addım kimi bu görüşlərin nəticələrini yüksək qiymətləndiririk", - deyə o qeyd edib.

2006-cı ildə analoji görüş ATƏT-in Demokratik institutlar və insan haqları üzrə Bürosunun köməyi ilə Buxarestdə də keçirilib.

Xəbər lenti

Xəbər lenti