...

Mədəniyyət və turizm, idman və gənclər nazirlərinin, Dövlət Komitəsi sədrinin İspaniya Krallığına dəvət olunması nəzərdə tutulur

Siyasət Materials 16 Fevral 2007 11:22 (UTC +04:00)

Azərbaycan Respublikasının mədəniyyət və turizm, idman və gənclər nazirlərinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin İspaniya Krallığına dəvət olunması nəzərdə tutulur. Bu barədə Trend agentliyinə İspaniyada Azərbaycan Mədəniyyət Mərkəzi Assosiasiyasının prezidenti Cavid Səmədov məlumat verib.

Onun bildirdiyinə görə, İspaniyanın Lloret de Mar şəhərində 21 mart Novruz bayramı ilə əlaqədar tədbirlərin keçirilməsi məqsədilə meriyanın məsul şəxsləri ilə görüş kecirilib.

Görüşdə Lloret de Mar şəhər merinin baş məsləhətçisi Roma Codinas, meriyanın mədəniyyət əlaqələri departamentinin müdiri xanım Laura Bertvan və meriyanın protokol inspektoru xanım Judith Bayes, həmçinin Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Cavid Səmədov, sədr muavini Juan Luis Abellian və cəmiyyətin katibi Emil Əliyev iştirak ediblər.

21 mart Novruz bayramının keçirilməsi üçün konkret plan hazırlığı müzakirə edilib. Plana əsasən təşkil olunacaq bayram tədbirində Lloret şəhərinin meri Xavier Crespo Llobet, meriyanın məsul şəxsləri, Cataluniyanin prezidenti Jose Montilla, Cataluniya xarici işlər naziri Karod Rovira Josep, yerli televiziyaların və mətbuat nümayəndələrinin dəvət olunması qərara alınıb. Həmçinin meriyanın təklifi əsasında Azərbaycan Respublikasının mədəniyyət və turizm, idman və gənclər nazirlərinin, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi sədrinin dəvət olunması qərara alınıb. Azərbaycanın İspaniya Krallığındakı səfirliyinin və Lloret de Mar şəhər meriyasının birgə dəvəti Cataluniya prezidentinə göndərilib.

Toplantıda İspaniya və Azərbaycan gəncləri arasında qarşılıqlı əlaqələr, idman yarışlarının keçirilməsi,Azərbaycan gənclərinin İspaniyaya, ispan gənclərinin Azərbaycana dəvət olunması, Azərbaycanın mədəniyyət günlərinin və bayramların təşkili məsələləri müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti