...

Ailə, Q adın və U şaq P roblemləri üzrə Dövlət Komitəsi və İnsan Hüquqları İnstitutu Xocalı soyqırımının ildönümü ilə bağlı toplantı keçirib

Siyasət Materials 22 Fevral 2007 14:56 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.İlhamqızı/ Fevralın 22-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı geniş toplantı keçirib. Trend in məlumatına görə, toplantıda Gənclər və İdman naziri Azad Rəhimov, Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Qarslıoğlu, Nazirlər Kabinetinin, Ədliyyə Nazirliyinin, Xarici İşlər Nazirliyinin, Milli Məclisin nümayəndələri, ziyalılar, QHT rəhbərləri iştirak ediblər.

Xocalı soyqırımını əks etdirən sənədli filmin nümayişindən sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova faciənin ağır nəticələri barədə məlumat verib, 1992-ci il 26 fevralda erməni silahlı quldurlarının 8 minə yaxın sakini olan Xocalıda bir gecədə 613 nəfəri qətlə yetirdiyini, 8 ailənin tamamilə məhv edildiyini, 467 nəfəri ağır yaraladığını, 1275 nəfəri əsir götürdüyünü, 150 nəfərin itkin düşdüyünü, onlarla uşağın ağır psixoloji vəziyyətə düşdüyünü deyib. AMEA İnsan Hüquqları İnstitutunun direktoru, professor Rövşən Mustafayev Xocalı soyqırımının erməni etnokorporasiya siyasətinin tərkib hissəsi və bütün bəşəriyyətə qarşı amansız cinayət olduğunu deyib. R.Mustafayev bir sıra tarixi faktlardan nümunələr göstərib, qeyd edib ki, erməni quldurları 1885-ci ildə Tərtər kəndində 130 nəfər mühaciri, 1894-cü ildə Türkiyənin bir neçə şəhərlərində 56 min insanı, 1903-cü ildə Tiflisdə 216 gürcü qadınını, 1905-ci, 1908-ci illərdə minlərlə azərbaycanlını, həmçinin 1908-ci ildə bir milyona yaxın misirli insanı, 1809-da Gürcüstanda 11 min gürcünü, 1918-ci ildə Cənubi Qafqazda 3 min yəhudini amansızcasına qətlə yetiriblər. Professorun sözlərinə görə, erməni millətçi etnokorpasiyasının ilk qurbanları Xay tayfalarından olan erməni əsilli insanlar olub.

Türkiyənin Azərbaycandakı səfiri Hüseyn Avni Karslıoğlu 1992-ci ildə Xocalı hadisəsi baş verən zaman baş nazirin katibi işlədiyini deyib, əlavə edib ki, o vaxt

azərbaycanlı səfir soyqırımdan çəkilmiş kaseti nazirliyə gətirib və bu kadrları dəhşət içərisində seyr ediblər. Türkiyəli səfir qeyd edib ki, türk xalqları dərdlərini bir-birilərinə deməkdən daha çox, dünyaya çatdırmalıdırlar.

Millət vəkili Həvva Məmmədova son iki əsrdə erməni terrorçularının azərbaycanlılara, bütün türk dünyasına qarşı aramsız terror və soyqırım siyasəti həyata keçirdiyini deyib. Xarici İşlər Nazirliyinin nümayəndəsi Murad Nəcəfov Xocalı soyqırımının dünyada tanıdılması üçün ciddi işər görüldüyünü, 1992-ci ildə hadisə barədə müstəqil mənəbələrin, dünya mətbuatının yaydığı məlumatların toplandığını diqqətə çatdırıb. Ədliyyə Nazirliyinin İdarə rəisi Faiq Qurbanov Xocalı şəhərinin Qarabağın mərkəzində strategi əhəmiyyətli, əlverişli mövqeli olduğunu, buna görə erməni canilərinin əhaliyə amansız divan tutaraq oranı ələ keçirdiyini deyib. Soyqırımın canlı şahidi olmuş Xocalı sakini Xatirə isə çıxışında həmin hadisələri xatırlayaraq ailə üzvlərinin, yaxınlarının erməni quldurları tərəfindən amansızca qətlə yetirilməsindən, dinc əhalinin düşmənə əsir düşməmək üçün şaxtalı havada qaçıb itkin düşməsindən danışıb. Çıxışlardan sonra tədbirin sonunda Dövlət Komitəsi və İnsan Hüquqları İnstitutunun Xocalı soyqırımı ilə bağlı bəyanatı səsləndirilib.

Xəbər lenti

Xəbər lenti