...

Anonim zəng əsasında Ağdamda silah-sürsat tapıldı

Siyasət Materials 22 Fevral 2007 18:38 (UTC +04:00)

Azərbaycan, Bərdə / Trend müxbir Ş.Cəliloğlu/ Bu gün səhər saat 09:15 radələrində Ağdam rayon polis şöbəsinə daxil olan anonim zəng əsasında məlumat verilib ki, Elgi qəsəbəsinin yaxınlığında olan Qarqar çayın sahilində silah-sürsat var. Dərhal polis şöbəsinin əməkdaşları adı çəkilən əraziyə baxış keçiriblər. Əməliyyat zamanı məlum olub ki, həqiqətən də ərazidə silah-sürsat var. Ağdam Rayon Polis Şöbəsinin rəisi Hüseyn Əliyevin Trend in bölgə müxbirinə verdiyi məlumata görə, ərazidə 2 ədəd Kalaşnikov avtomat, 1 ədəd ov tüfəngi, 1 ədəd qumbaraatan mərmisi, 2 minə qədər müxtəlif növ silah güllələri, 5 ədəd F1 qumbarası, 10 ədəd avtomat sandıqçası, 9 ədəd pulemyot lenti tapılıb. Tapılan silah-sürsat Daxili işlər Nazirliyin müvafiq idarələrinə göndəriləcək. Hazırda faktla əlaqədar Ağdam rayon polis şöbəsinin təhqiqat bürosunda araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti