...

Azərbaycan MTN özünü yüksək vəzifəli şəxs kimi qələmə verən fırıldaqçını yaxalayıb

Siyasət Materials 26 Fevral 2007 18:53 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.İbrahimxəlilova/ Milli Təhlükəsizlik Nazirliyi apardığı əməliyyat tədbirləri nəticəsində 1968-ci il təvəllüdlü, Gədəbəy rayonunun sakini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə (özbaşına olaraq vəzifəli şəxsin səlahiyyətlərinin mənimsənilməsi) Bakı şəhəri Səbail rayon polim idarəsi tərəfindən axtarışda olan Qurbanov İlyas Nurəddin oğlu yaxalanıb.

Araşdırmalar göstərib ki, müttəhim hələ 1999-cu ildən özünü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının və ayrı-ayrı dövlət orqanlarının əməkdaşı kimi təqdim edərək, ali məktəblərə qəbul olunmasına köməklik göstərəcəyi vədi ilə külli miqdarda pul vəsaiti mənimsəməsi, qazanc məqsədilə bir sıra vədlər verməsi, bəzi şəxslərə ölkə rəhbərliyi tərəfindən qəbul olunmaq üçün saxta buraxılış vərəqələri təqdim etməsi, həmçinin digər dələduzluq hərəkətlərinə yol verdiyinə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunması müəyyənləşdirilib.

Fakt üzrə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə cinayət işi qaldırılıb.

MTN cinayətlərin yuxarıda göstərilən faktlarla bitmədiyindən şübhələnir.

Həmçinin MTN vətəndaşlara bu orqanın əməkdaşı adından müraciət edən şəxsdən sənədin təqdim olunmasını tələb etməyi tövsiyyə edir.

Xəbər lenti

Xəbər lenti