...

Azərbaycan Taylanda birbaşa neft tədarükü haqqında saziş bağlayır

Siyasət Materials 28 Fevral 2007 13:46 (UTC +04:00)
Azərbaycan Taylanda birbaşa neft tədarükü haqqında saziş bağlayır

Azərbaycan, Bakı / Trend müxbir K.Konırova, S.Əliyev/ Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Taylandda öz neftinin Türkiyənin Ceyhan limanından birbaşa tədarükü haqqında uzunmüddətli saziş imzalayır. Bu barədə çərşənbə günü Trend in Astanadakı xüsusi müxbirinə Rövnəq Abdullayev məlumat verib.

Azərbaycan nefti Ceyhan limanına Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə çatdırılır.

"Azəri"-"Çıraq"-"Günəşli" yatağında hasilat çərçivəsində Xəzərin Azərbaycan sektorunda əldə olunan və BTC boru kəməri ilə nəql olunan Azərbaycanın mənfəət nefti Tayland NEZ-ə tədarük olunacaq.

"Biz tender elan etmədən nefti birbaşa Ceyhandan Taylanda satacağıq", - deyə Rövnəq Abdullayev bildirib.

Dövlət Neft Şirkəti öz neftini Ceyhan, Novorossiysk və Batumi limanlarından tender keçirməklə satır. Tenderin elan olunması satılan neftin maksimal qiymətini saxlamaq üçün davam etdirilə bilər, uzunmüddətli müqavilələr isə bu qiymətə ona görə uyğunlaşdırılacaq ki, tender qiyməti dünyada ən yüksəkdir.

Hazırda həmçinin neft satışı üçün ARDNŞ-in öz treyderinin yaradılması məsələsi müzakirə edilir.

Xəbər lenti

Xəbər lenti