...

Amerikalılar Qafqaza öz radarını gətirəcək

Siyasət Materials 2 Mart 2007 11:39 (UTC +04:00)

ABŞ Qərbi Avropada raket əleyhinə müdafiə isiteminin yerləşdirilməsi üzrə planı çərçivsəində Qafqazda radar quraşdırmaq niyyətindədir. Bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant Genri Oberinq məlumat verib. Lakin bununla belə o, Qafqaz dağlarının hansı hissəsində radarın qoyulacağını dəqiqləşdirməyib.

Ehtimal olunur ki, Amerika radarı Gürcüstan ərazisində yerləşdiriləcək. Xatırladaq ki, Vaşinqton Polşa ərazisində 10 raket tutan sistem quraşdırmaq niyyətindədir. Qonşu Çexiyada ABŞ radiolakasiya qurğusu yerləşdirməyi planlaşdırır. Qafqaz radarı da həmçinin raket əleyhinə müdafiə sisteminin tərkib hissəsi olmalıdır. Polşa hökuməti bu ilin fevralın 24-də Varşavadakı ABŞ səfirliyini raket əleyhinə müdafiə sistemi ilə bağlı danışıqlara başlamağa razı olduğu barədə xəbərdarlıq edib. "Qafqaz-Press"in məlumatına əsasən, rəsmi Praqa bu məsələ ilə bağlı yekun qərar qəbul etməyib.

Rusiya ABŞ-ın bu cür planlarını kəskin tənqid edir. Lakin amerikalılar dəfələrlə bəyan edib ki, Qərbi Avropada raket əleyhinə müdafiə sisteminin yerləşdirilməsi Rusiya üçün təhlükə yaratmır. Bu cür bəyanatı həmçinin Vaşinqtonda jurnalistlər qarşısında çıxış edən ABŞ dövlət katibinin köməkçisi Deniel Frayd da verib. "Rusiya bizim raketlər üçün hədəf deyil", deyə o bildirib və əlavə edib ki, Moskva bu barədə məlumatlıdır. Arqument orlaraq Frayd bu sübutu səsləndirib: Amerikanın raket əleyhinə müdafiə sistemi qurğularının gücü Rusiyanın nüvə potensialı ilə mübarizə üçün kifayət qədər deyil.

Xəbər lenti

Xəbər lenti