...

Yəhudi diasporaları dünyada Azərbaycanın imicinin yüksəldilməsində vacib rol oynaya bilər

Siyasət Materials 2 Mart 2007 14:13 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/Azərbaycan və İsrail arasında münasibətlər yaxşı səviyyədədir və bu münasibətlər dünyada Azərbaycan və yəhudi diasporaları arasındakı münasibətlərə müsbət təsir edə bilər. Bu barədə İsrail XİN-in iqtisadi və siyasi tədqiqatlar şöbəsinin rəhbəri Daniel Kutner Bakıda jurnalistlərə bəyan edib.

Onun fikrincə, yəhudi diasporaları dünyada Azərbaycanın imicinin yüksəldilməsində vacib rol oynaya bilər. Azərbaycan və yəhudi xalqları arasında tarixən mehriban və dostluq münasibətləri olub və bu münasibətlərin hazırda yaxşı davamı var, deyə diplomat qeyd edib.

Azərbaycana səfəri çərçivəsində D.Kutner Azərbaycanın rəsmi nümayəndələri, siyasi xadimlər və ictimaiyyət nümayəndəldəri ilə görüşür. Bu gün diplomat Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Haqları üzrə İnstitutunda Yaxın Şərqə həsr olunmuş məruzə ilə çıxış edib. Diplomat İranın Yaxın Şərq regionunda sabitliyin pozulması münasibətində siyasətini kəskin tənqid edib. Diplomatın sözlərinə görə, İranın nüvə proqramı regionda həm siyasi, həm də ekoloji nöqteyi-nəzərindən regionun təhlükəsizliyi üçün böyük təhlükə yaradır. Diplomat hesab edir ki, HƏMAS-ı dəstəkləyən İran və bir sıra radikal təşkilatlar İsrail və Fələstin arasında sülh prosesinin qarşısını alır.

Xəbər lenti

Xəbər lenti