...

Demokratik İslahatlar Partiyası mediaya hücumlarla bağlı bəyanat verib

Siyasət Materials 2 Mart 2007 19:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Demokratik İslahatlar Partiyası son vaxtlar Azərbaycan mediası ətrafında yaranmış vəziyyətlə bağlı öz narahatlığını ifadə edib. Partiyanın yaydığı bəyanatda bildirilir ki, Azərbaycanda mediaya qarşı növbəti təzyiq dalğası güclənib. Xüsusilə "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinə qarşı müxtəlif dairələrdən sistemli hücumlar hiss olunmaqdadır: "Eyni zamanda ANS telekanalının tezlik probleminin həlli süni şəkildə uzadılır. Jurnalistlərin ardı-arası kəsilməyən məhkəmə çəkişmələrinə cəlb olunması davam edir. KİV-ə qarşı emosional çıxışlar isə çox vaxt zor tətbiq etmə səviyyəsinə qədər gəlib çatır",-deyə bəyanatda qeyd olunub.

Partiya hesab edir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin, liberal dəyərlərin bərqərar olmasını, ölkəmizin Avroatlantik məkana inteqrasiyasının tərəfdarı olan qüvvələr mediada fərqli fikirlərə dözümlü yanaşmalı, öz münasibətlərini qanunların imkan verdiyi çərçivədə, fiziki zor tətbiq etmədən bildirməlidirlər.

Xəbər lenti

Xəbər lenti