...

Türkiyə baş nazirinin Azərbaycana səfər proqramı razılaşdırılır

Siyasət Materials 5 Mart 2007 13:31 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Türkiyənin Azərbaycandakı səfirliyində Türkiyənin baş naziri Rəcəb Təyyib Ərdoğanın Azərbaycana səfər proqramı razılaşdırılır.

Səfirlikdən verilən məlumata əsasən, Türkiyənin baş naziri Bakıya martın 8-də gecə gələcək. Martın 9-da Türkiyə hökumət başçısının iştirakı ilə iki tədbir planlaşdırılıb, həmçinin o, Azərbaycan-Türkiyə diaspor təşkilatlarının birinci ronqresində və Səməd Vurğun küçəsində yerləşən Türkiyənin Azərbaycandakı səfirliyinin yeni binasının açılış mərasimində iştirak edəcək.

Səfər çərçivəsində Türkiyə hökumət başçısının Azərbaycan prezidenti İlham Əliyevlə görüşü planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti