...

Rusiya səfirinin fikrincə, hazırki şəraitdə Rusiya NATO-ya daxil ola bilməz

Siyasət Materials 6 Mart 2007 15:06 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir " S.Ağayeva/Hər bir dövlət kimi Rusiya da təhlükəsizliyi barədə məsələni müstəqil olaraq həll edir. Bu mövqe ilə Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov çıxış edib. "Bizə NATO-nun genişləndirilməsinin nə ilə bağlı olduğunu və alyansa daxil olan dövlətlərin hansı təhlükə ilə üzləşməsini anlamaq çox çətindir", - deyə diplomat qeyd edib.

Səfirin sözlərinə görə, Rusiya indiki şəraitdə heç vaxt NATO-nun üzvü ola bilməz. Çünki NATO bütün üzvlərinin təhlükəsizliyi təminatını nəzərə alır. "NATO-nun Rusiya sərhədlərinin zəmanətini üzərinə götürməsi üçün Rusiyanın çox geniş sərhədləri var. Hər halda NATO-nun bu cür resursları yoxdur. Bu blokun imkanları məhduddur", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti