...

Roma Papası XVI Benedikt Azərbaycana səfər edəcək

Siyasət Materials 7 Mart 2007 15:09 (UTC +04:00)
Roma Papası XVI Benedikt Azərbaycana səfər edəcək

Azərbaycan,Bakı/müxbir Trend S.Ağayeva/ Roma katolik kilsəsinin başçısı XVI Benediktin Azərbaycana rəsmi səfəri planlaşdırılır. Bu barədə Azərbaycanın Müqəddəs Prestoldakı səfiri Elçin Əmirbəyov məlumat verib. Səfirin məlumatına əsasən, pontifikin səfərindən əvvəl bu il Azərbaycana Vatikanın bir sıra yüksək vəzifəli şəxsləri baş çəkəcək.

Onun sözlərinə görə, Azərbaycana Vatikan dövlət katibi kardinal Tarçizio Bertone və xarici siyasət idarəsinin rəhbəri arxiyepiskop Dominik Mambertinin rəsmi səfəri planlaşdırılır. Səfir Azərbaycan tərəfinin dəvətnaməsini artıq Vatikanın hökumət başçısı və xarici işlər nazirliyinə təqdim edib. Səfərlərin hazırlıq məsələləri artıq dəfələrlə Vatikanın müvafiq şəxsləri ilə müzakirə olunub, hökumət başçısı və xarici işlər nazirinin iş cədvəlinə daxil olunub. Hər iki səfərin bu il həyata keçirilməsi gözlənilir, deyə diplomat məlumat verib. "Müqəddəs Pristolda akkreditə olunmuş səfir kimi mən Azərbaycan və Vatikan arasında ikitərəfli əlaqələrin inkişafında maraqlıyam və qarşılıqlı səfərlər bu məsələdə vacib rol oynaya bilər", - deyə diplomat qeyd edib.

Xəbər lenti

Xəbər lenti