...

Milli Məclisdə "Korrupsiyaya qarşı mübarizə haqqında" yeni Dövlət Proqramı hazırlanır

Siyasət Materials 12 Mart 2007 19:03 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində "Korrupsiyaya qarşı mübarizə haqqında" yeni Dövlət Proqramı hazırlanır. Bu barədə məlumat verən Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimov bildirb ki, yeni proqram üzərində iş yaxın vaxtlarda başa çatdırılacaq.

"Korrupsiyaya qarşı mübarizə haqqında birinci Dövlət Proqramı 2004-2006-cı illəri əhatə edirdi. Artıq həmin proqramın müddəti başa çatıb. Ona görə də yeni Dövlət Proqramı hazırlanır", deyə S.Kərimov əlavə edib.

Dövlət Proqramının neçə il üçün nəzərdə tutulduğuna gəlincə, S.Kərimov qeyd edib ki, bu məsələ hələlik dəqiqləşdirilməyib.

Müdir müavini deyib ki, Dövlət Proqramının hazırlanmasında məqsəd korrupsiyanın qarşısının alınması, belə mənfi halların baş verməsinə şərait yaradan halların aradan qaldırılması, korrupsiyaya qarşı mübarizədə tədbirlər planının və dövlətin bu sahədə strategiyasının müəyyənləşdirilməsindən ibarətdir. Sənəd üzərində iş başa çatdırıldıqdan sonra təsdiq olunmaq üçün prezident İlham Əliyevə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti