...

Səfir: "Azərbaycan və Gürcüstan David Qareci kompleksinin birgə istifadəsi barədə razılaşma imzalamayıblar"

Siyasət Materials 12 Mart 2007 20:30 (UTC +04:00)
Səfir: "Azərbaycan və Gürcüstan David Qareci kompleksinin birgə istifadəsi barədə razılaşma imzalamayıblar"

Azərbaycan, Bakı/ Trend müxbir N.Kirçixaliya/ Azərbayacanın Gürcüstandakı səfiri Namiq Əliyev David Qareci monastr kompleksinin birgə istifadəsi ilə bağlı razılaşma imzalanmasını təkzib edib.

Trend in Gürcüstandakı xüsusi müxbirinin xəbər verdiyinə görə, gürcü partiyasının lideri Condi Baqaturiya Gürcüstanın xarici işlər nazirinin müavini Qriqori Mancqaladzenin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir. Baqaturiya bu gün brifinqdə bəyan edib ki, Qriqori Mancqaladze Azərbaycan tərəfi ilə David Qareci monastr kompleksinin birgə istifadəsi barədə razılaşma imzaladığına görə məsuliyyət daşıyır. Baqaturiya Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə komissiyasının sonuncu iclasında abidənin turizm məqsədi ilə birgə istifadə olunması barədə təklif olunduğunu və Mancqaladzenin bu razılaşmanı imzaladığını bildirib.

Sərhədlərin delimitasiyası və demarkasiyası üzrə Azərbaycan-Gürcüstan birgə komissiyasının Bakıda keçirilən sonuncu iclasında Azərbaycanın Ağstafa rayonu ərazisinə düşən 300 km-lik sərhəd müəyyənıləşdirilib. Həmçinin David Qareci kompleksi ətrafındakı ərazinin delimitasiyası üçün ekspertlər səviyyəsində görüşün davam etdirilməsi barədə qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti