...

Azərbaycan Milli Ordusunun zabitləri NATO-nun tədbirlərində iştirak edir

Siyasət Materials 13 Mart 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir E.Hüseynli/ NATO ilə imzalanmış fərdi proqrama uyğun olaraq "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir neçə kursda iştirak edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dünəndən başlayaraq, martın 15-dək İsveçrənin Montreuks şəhərində "Avro-Atlantık Tərəfdaşlıq İş Planı və Aralıq dənizi dialoqu İş Planı" üzrə işçi görüş, martın 17-dək Almaniyanın Oberammerqau şəhərində "Qərargah zabitləri üçün tanışlıq" kursu, martın 23-dək Niderlandın Brunsum şəhərində "Qərargah təlimi" kursu keçirilir.

Azərbaycan və Almaniya arasında imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq martın 30-dək Hammelburq şəhərində "BMT hərbi müşahidəçi" kursu, Böyük Britaniya ilə imzalanmış ikitərəfli hərbi əməkdaşlıq planına uyğun olaraq aprelin 6-dək Çex Respublikasının Vışkov şəhərində "Komanda və liderlik üzrə təlimatçı" kursu, Türkiyə ilə imzalanmış hərbi əməkdaşlıq planına uyğun olaraq mayın 5-dək İstanbulda "Partlayıcı döyüş sursatlarının aşkarlanması" üzrə kurs keçiriləcək.

Xəbər lenti

Xəbər lenti