...

Polşanın Azərbaycandakı səfiri: "Ukrayna və Gürcüstan enerji sammitində iştiraka razılıq veriblər"

Siyasət Materials 13 Mart 2007 19:41 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Qasımova/ Ukrayna və Gürcüstanda may ayında Polşada keçirilməsi planlaşdırılan enerji sammitində iştiraka razılıq veriblər. Bu barədə martın 13-də Polşanın Azərbayacandakı səfiri Kşiştof Kraevski jurnalistlərə açıqlamasında bildirib.

Polşa prezidentinin təşəbbüsü ilə keçiriləcək görüş, səfirin sözlərinə görə, Enerji şurasının prezidentləri arasında təşkil olunacaq. "Ukrayna və Gürcüstandan sonra rəsmi Varşava digər dövlətlərin də keçiriləcək sammitlə bağlı razılıqlarını gözləyir",-deyə səfir əlavə edib.

Bu günlərdə Polşa prezidenti nəzərdə tutulan konfransda 5 dövlətin - Polşa, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Ukrayna prezidentlərinin iştirak edəcəyini bildirib. Forumda Odessa-Brodı kəmərinin Plotsk və Qdanska qədər uzadılması məsələsi də müzakirə olunacaq.

K.Kraevski həmçinin bildirib ki payız aylarında Bakıda Polşa-Azərbaycan hökumətlərarası komissiyasının iclasının keçiriləcəyi gözlənilir. İclas çərçivəsində Polşanın iqtisadiyyat naziri ilə Azərbaycanın iqtisadi inkişaf naziri arasında görüş olacaq. Ötən iclas 2006-cı ilin sentyabrında Varşavada baş tutub.

Xəbər lenti

Xəbər lenti