...

Azərbaycanın cinayət qanunvericiliyində narkotiklərlə əlaqədar cinayətlərə görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir

Siyasət Materials 14 Mart 2007 13:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanın cinayət qanunvericiliyində narkotiklərin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərə görə nəzərdə tutulan cəzalar sərtləşdirilməlidir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komssiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev bildirib ki, cəzaların sərtləşdirilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən təkliflər verilib. Təkliflər layihə şəklində hazırlanıb Milli Məclisə təqdim olunacaq. Əliyevin sözlərinə görə, cinayət qanunvericiliyində 1 ton narkotik vasitənin satışı, alışı, daşınması, saxlanmasına görə nəzərdə tutulan cəza 10 qram heroinin qanunsuz dövriyyəsinə görə nəzərdə tutulan cəza ilə eynidir. Bu səbəbdən də narkomanlıq və narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə səmərəli nəticə vermir.

Dəyişikliklər Cinayət Məcəlləsinin 26-cı - narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər fəslinə (234-241-ci maddələr) aid ediləcək.

Xəbər lenti

Xəbər lenti