...

Ədalət Partiyası yeni müxalifət koalisiyası yaratmağın əleyhinədir

Siyasət Materials 15 Mart 2007 12:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/ Ədalət Partiyası Azadlıq Partiyası ilə birgə koalisiya yaratmağın əleyhinədir. Bu barədə Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli məlumat verib. O bildirib ki, "Ədalət" və "Azadlıq" partiyalarının fəaliyyətinin uzlaşdırılması məqsədilə yaradılmış işçi qrupu fəaliyyətini davam etdirir, lakin bu iki partiyanın birləşməsi prosesi yubanır.

Azadlıq Partiyasının sədri Əhməd Orucdan fərqli olaraq, Ədalət Partiyası koalisiya yaradılmasının tərəfdarı deyil: " Ədalət Partiyası müxalifətin zaman-zaman fəailiyyət göstərmiş ayrı-ayrı birliklərinin heç bir effektiv nəticə vermədiyini düşünür"-deyə Ədalət Partiyası funksioneri vurğulayıb.

Müxalifətçi Ədalət Partiyasının sədri millət vəkili İlyas İsmayılovdur. "Ədalət" və "Azadlıq" partiyaları 2006-ci ilin parlament seçkilərində birgə iştirak etmək məqsədilə Demokratik Azərbaycan Blokunda müttəfiq olublar.

Xəbər lenti

Xəbər lenti