...

Mixail Saakaşvili:Regionda iki iri layihə – Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan həyata keçirilib

Siyasət Materials 16 Mart 2007 14:14 (UTC +04:00)
Mixail Saakaşvili:Regionda iki iri layihə – Bakı-Tbilisi-Ərzurum və Bakı-Tbilisi-Ceyhan həyata keçirilib

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/Ötən il regionun energetika sahəsində geopolitik dönüş ili olub. Bu barədə bu gün Gürcüstan parlamentində çıxış edən ölkə prezidenti Mixail Saakaşvili bəyan edib.

Trend in Tiflisdəki xüsusi müxbirinin bildirdiyinə görə, prezident qeyd edib ki, hazırda regionda iki iri layihə - Bakı-Tbilisi-Ərzurum qaz kəməri və Bakı-Tbilisi-Ceyhan neft kəməri həyata keçirilib. "Bu iki layihə regiondakı bütün geopolitik hesablamaları alt-üst edir və biz Avropanın enerji təhlükəsizliyi sisteminin hissəsinə çevrilirik", - deyə Saakaşvili bəyan edib.

"Hər şey dəyirşir, əgər istənilsə, hər şeyi dəyişmək olar, misal üçün Rusiyanın cənubunda bu yaxınlardakı qəza, o zaman onlar bizdən elektrik enerjisini oğurlamağa məcbur oldular, beləliklə, onlar energetika sahəsindəki uğurlarımızı etiraf edib", - deyə prezident bəyan edib.

Saakaşvili qeyd edib ki, "nəqletmə dəhlizi" kəlməsi onun heç vaxt xoşuna gəlməyib. "Bizim regionda əhəmiyyətli rol oynamaq üçün insan və resurslarımız var və bunun üçün siyasi iradə lazımdır". "Biz Gürcüstanı dünyada effektiv idarəetmə etalonuna çevirməliyik", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti