...

Bakı İcra Hakimiyyəti Müsavatın yürüş-mitinqinə icazə verdi

Siyasət Materials 16 Mart 2007 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı/Bakı Şəhər İcra Hakimiyyəti müxalifətçi Müsavat Partiyasının yürüş-mitinqlə bağlı müraciətinə cavab verib. Bu barədə partiyadan məlumat verilib.

Müsavat Partiyası Azərbaycanda qiymət artımına etiraz olaraq, martın 18-də saat 15.00-dan metronun "Həzi Aslanov" stansiyası yaxınlığından yürüşlə başlayaraq, saat 17.00-dək "Ukrayna" meydanında mitinq keçirməyi planlandırır. Bakı Şəhər İcra Hakimiyyətinin martın 16-da verdiyi cavab məktubunda aksiyanın keçirilməsinə izacə verildiyi bildirilir. Müxalifəti təmsil edən Müsavat Partiyası 1992-ci ildə yaradılıb. Partiyanın başqanı İsa Qəmbər Azərbaycan parlamentinin eks-spikeri (1992-93-cü illərdə) və 2003-cü ildə keçirilmiş prezident seçkisində prezidentliyə namizəd olub.

Xəbər lenti

Xəbər lenti