...

NATO nümayəndəsi Azərbaycanın fövqaladə hallar naziri ilə görüşüb

Siyasət Materials 16 Mart 2007 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Bu gün fövqəladə hallar naziri, genenal-polkovnik Kəmaləddin Heydərov NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmonsun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Ölkəmizin NATO-nun ən etibarlı tərəfdaşlarından biri olduğunu diqqətə çatdırdan nazir Azərbaycanın Cənubi Qafqaz regionunda tutduğu geosiyasi və strateji mövgeyinə NATO tərəfindən yüksək önəm verildiyini, eyni zamanda ölkəmizin bu struktura inteqrasiya etmək istəyinin təbii olduğunu bildirib.

Fövqəladə hallar naziri Heydərov Simmonsa rəhbərlik etdiyi qurumun fəaliyyəti, yarandığı 1 il ərzində gördüyü işlər barədə məlumat verib. Bildirib ki, Fövqəladə Hallar Nazirliyi fəaliyyət göstərdiyi bir il ərzində ilk növbədə özünün strukturlarının formalaşdırılması, pərakəndə halda olan müxtəlif xidmətlərin müasir dövrün tələblərinə uyğun olaraq yeniləşdirilməsi üçün lazımi tədbirlər görüb.

Qonaq bu səfərin NATO ilə Azərbaycan arasında əlaqələrin yüksələn xətt üzrə inkişafına böyük təkan verdiyini bildirib.

Xəbər lenti

Xəbər lenti