...

YAP rəsmisi: "Əli İnsanov hələ nazir olarkən öz fəaliyyəti ilə YAP-a zərər vururdu"

Siyasət Materials 17 Mart 2007 13:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Əli İnsanov hələ nazir olarkən öz fəaliyyəti ilə YAP-a zərər vururdu. Bu barədə məlumat verən Milli Məclisin sədr müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib ki, hazırda məhkəməsi gedən sabiq səhiyyə naziri Əli İnsanovun məhkəmədə dediyi sözlərin heç bir əsası yoxdur.

"Onun hər hansı fikri YAP-a zərər gətirməyəcək. Ən azı ona görə ki, həmin fikirlər sağlam məntiqə söykənmir. Əslində, deyərdim ki, Əli İnsanov hələ nazir olarkən öz fəaliyyəti ilə YAP-a zərər vururdu. Öz çirkin məqsədlərini reallaşdırmaq üçün o, nazir statusu ilə yanaşı, partiyanın adından da istifadə edirdi", -deyə B.Muradova əlavə edib.

O hesab edir ki, belə adamların YAP-dan kənarlaşdırılması partiyanın daha da saflaşmasına xidmət edir. B.Muradova deyib ki, bu cür siyasi bəyanatlar verməklə, Ə.İnsanov özünün qanunazidd, korrupsioner fəaliyyətini sığortalamaq istəyir: "Ancaq heç bir niyyətinə nail olmayacaq."

Xəbər lenti

Xəbər lenti