...

Yaxın gələcəkdə Türkmənistanın Azərbaycandakı səfirliyi bərpa olunacaq

Siyasət Materials 27 Mart 2007 13:02 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E. Hüseynli/ Xarici işlər nazirinin müavini Xələf Xələfov Türkmənistanın Azərbaycandakı səfirliyinin yaxın gələcəkdə bərpa olunacağını deyib. Onun sözlərinə görə, Türkmənistan və Azərbaycan arasında dövlətlərarası münasibət normal vəziyyətdədir və inkişaf imkanları böyükdür: "Türkmənistanla yeganə müzakirə predmeti Xəzərlə bağlıdır və bu məsələ hələ razılaşdırılmayıb. Xəzər dənizinin dibinin bölünməsi məsələsinin həlli üçün ikitərəfli danışıqlar aparılır. Hesab edirəm ki, danışıqlar imkanı tükənməyib və potensiallar böyükdür".

Xələfov bildirib ki, rəsmi Bakı Türkmənistanla iqtisadi, siyasi, mədəni əməkdaşlığın gücləndirilməsi üçün imkanlardan geniş sürətdə istifadə etmək niyyətindədir. Rəsmi Aşqabadda da bu imkanlardan istifadə etmək iradəsi var.

Xəbər lenti

Xəbər lenti