...

GUAM beynəlxalq ictimaiyyətlə terrorizmə qarşı mübarizədəki təcrübəsi ilə bölüşməyə hazırdır

Siyasət Materials 29 Mart 2007 15:17 (UTC +04:00)

Gürcüstan,Tiflis/müxbir Trend N.Kirtsxalia/GUAM dövlətlərinin (Gürcüstan, Ukrayna, Azərbacyan, Moldova) terrorizmə qarşı mübarizə üzrə virtual mərkəzi regional təhlükəsizlik sisteminin yaradılması üçün nümunə ola bilər. Bu barədə Trend in Tiflisdəki xüsusi müxbirinə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Vitali Qayduk bəyan edib.

O, Tiflisdə beynəlxalq terrorizm, narkotranzit və trefikinqə qarşı mübarizə məsələlərinə həsr olunmuş beynəlxalq konfransda iştirak edir. Konfransın işində NATO, BMT, BMT İnkişaf Proqramı, Avropa Birliyi, Marşalın Avropa Mərkəzi və başqa bu kimi beynəlxalq təşkilatları təmsil edən 15 ölkə nümayəndələri iştirak edir.

"Biz GUAM çərçivəsində çox yaxşı münasibətlər qurmuşuq və ərazi təhlükəsizliyi üzrə sürətli məlumat mübadiləsi yaratmışıq. Bu virtual mərkəz özünü doğruldub", Qayduk hesab edir. O, vurğulayıb ki, NATO tərəfinin bu mərkəzin inkişafında və ona regional xarakterin verilməsində marağı var.

Xəbər lenti

Xəbər lenti