...

Azərbaycan prezidenti ABŞ-ın "Bechtel Corporation" şirkətinin baş vitse-prezidenti qəbul edib

Siyasət Materials 29 Mart 2007 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/ Azərbaycan prezidenti Ilham Əliyev martın 29-da ABŞ-ın "Bechtel Corporation" şirkətinin baş vitse-prezidenti və Avropa, Afrika, Yaxın Şərq, Cənub-qərbi Asiya regionları üzrə prezidenti Çarlz Redmanı qəbul edib.

Çarlz Redman Azərbaycanda iqtisadi sahədə çox böyük uğurların əldə edildiyini vurğulayaraq, təmsil etdiyi şirkətin ölkəmizlə əməkdaşlığa böyük maraq göstərdiyini bildirib. O, səfəri zamanı bu əməkdaşlığın gələcək perspektivlərinin konkret istiqamətləri barədə səmərəli müzakirələr apardığını söyləyib.

İlham Əliyev Azərbaycanın bütün digər sahələrlə yanaşı, iqtisadi sahədə də sürətli inkişafa nail olduğunu, xarici şirkətlərin Azərbaycanda səmərəli fəaliyyəti üçün hər cür şərait yaradıldığını və ölkəmizin bu sahədə yaxşı təcrübəyə malik olduğunu vurğulayıb.

Xəbər lenti

Xəbər lenti