...

Rafael Hüseynov "AŞPA-nın yaz sessiyasında Azərbaycanı heç bir sanksiya gözləmir"

Siyasət Materials 30 Mart 2007 16:13 (UTC +04:00)
Rafael Hüseynov "AŞPA-nın yaz sessiyasında Azərbaycanı heç bir sanksiya gözləmir"

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasında Azərbaycanı heç bir sanksiya gözləmir. Bu barədə cümə günü Bakıda Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rafael Hüseynov məlumat verib.

R.Hüseynov qeyd edib ki, Azərbaycan Avorpa Şurası qarşısında götürdüyü öhdəliklərin əksəriyyətini yerinə yetirib: "Hesab edirəm ki, öhdəliklər yerinə yetirildiyinə görə, müzakirələr normal kecəcək."

Millət vəkili onu da bildirib ki, Azərbaycanın Avropa Şurasına daxil olduğu dövrlə müqayisədə indi ölkəmizi müdafiə edən deputatların sayı daha çoxdur. "İlk illərdə Dağlıq Qarabağ münaqişəsinə dair sənəd hazırlayırdıq və ora BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini əlavə edirdik. Lakin Ermənistanın adının qarşısında "işğalçı" sözü olanda nəinki həmin sənədləri imzalamırdılar, hətta bizə təhqiramiz yanaşırdılar. Amma zaman keçdi və apardığımız işin nəticəsi olaraq düşüncə dəyişdi. Nəticədə AŞPA-nın 300-400 deputatı Ermənistanın işğalçı olması ilə bağlı sənədləri imzalayıblar və 2005-ci ildə qurum Erməistanın işğalçı olması ilə bağlı qətnamə qəbul edib."

Xəbər lenti

Xəbər lenti