...

Azərbaycanın Belçikadakı səfirliyi azərbaycanlıların soyqırımı günü ilə bağlı məlumat yayıb

Siyasət Materials 31 Mart 2007 13:49 (UTC +04:00)

Belçika, Brüssel/ Trend müxbir R.Tağıyev/ 31 Mart - Azərbaycanlıların Soyqırımı gününün qeyd olunması ilə əlaqədar Azərbaycanın Belçikadakı səfirliyi pres-reliz yayıb. Trend in Brüsseldəki xüsusi müxbirinin xəbər verdiyinə görə, pres-relizdə 1918-1920-ci illərdə erməni daşnaqları tərəfindən azərbaycanlıların öldürülməsi ilə bağlı tarixi faktıar, 80-ci illərin sonunda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verənlər, azərbaycanlıların sovet Ermənistanından qətllərlə müşahidə olunan deportasiyası, 1992-ci ildə Xocalı şəhərinin işağalı zamanı azərbaycanlı əhalinin qırılması və Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzündən bəhs olunub.

Məlumatda qeyd olunub ki, Ermənistan xarici ölkələrin parlamentlərində öz uydurma tarixinin təbliğatı nəticəsində "soyqırımı qurbanı" olmalarının tanınması sahəsində böyük uğurlar qazanıb. "Tarixə səhvsiz nəzər saldıqdan sonra bü gün daha çox ölkələr başa düşürlər ki, 21-ci əsrdə məhz Ermənistan hərbi təcavüz, etnik təmizləmə və genosid siaysəti həyata keçirib",-deyə məlumatda qeyd olunub.

Azərbaycan səfirliyinin bu məlumatı Belçikadakı xarici ölkələrin diplomatik nümayəndəlikləri və Avropa İttifaqının Brüsseldəki institutlarına göndərilib.

Xəbər lenti

Xəbər lenti